Bu ölkə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirdi

17:20 - 17 Mart 2022

Bu ölkə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirdi

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov parlamentdə Özbəkistanın Ukrayna hadisələri ilə bağlı mövqeyini açıqlayıb.


Manset.az xəbər verir ki, Kamilov bildirib ki, “Özbəkistan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, qondarma Donbas, Luqansk və Donetsk xalq respublikalarını tanımır. Ukraynadakı vəziyyət Özbəkistanda ciddi narahatlıq yaradır. Biz münaqişənin sülh yolu ilə, siyasi və diplomatik yollarla həllinin tərəfdarıyıq. Amma bunun üçün ilk növbədə hücumlar və zorakılıqlar dərhal dayandırılmalıdır” 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az