"Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir" - Çavuşoğlu

18:14 - 17 Mart 2022

\"Türkiyə Ukraynada 24 saatlıq atəşkəs təklif edir\" - Çavuşoğlu

“Rusiya tərəfi insanların münaqişə bölgəsindən çıxarılması məsələsində Ukraynanın maneə yaratdığını, Ukrayna tərəfi isə tam əksini söyləyir”.

Manşet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.

“Biz də təklif etdik ki, beynəlxalq qurumlar – bura Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qurumları, Türkiyə Qızıl Aypara Cəmiyyəti müşahidəçi olsun. 24 saatlıq atəşkəs olsun, bunun işə yarayıb-yaramadığını isə humanitar qurumlar müşahidə etsin”, - nazir vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az