Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək - Ukrayna Silahlı Qüvvələri

22:34 - 17 Mart 2022

Rusiya qoşunları Kiyevə daxil ola bilməyəcək - Ukrayna Silahlı Qüvvələri

Kiyevə aparan yollar etibarlı şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta daxil ola bilməyəcək.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin Feysbukdakı məlumatında deyilir.

O cümlədən qeyd edilib ki, Kiyevin müdafiə komandanı - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində - Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.

“12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq cəhdi uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə xeyli itki verir”, - məlumatda deyilir.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az