Zelenski girovluqdan azad olunan meri təltif etdi

22:57 - 17 Mart 2022

Zelenski girovluqdan azad olunan meri təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl xüsusi əməliyyat nəticəsində rusiyalı hərbçilərin  girovluğundan azad edilmiş Melitopol şəhərinin meri İvan Fedorovu III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edib.

Manşet.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası məlumat yayıb.

Prezident bələdiyyə sədrinə tezliklə sağalıb işinə qayıtmasını arzulayıb. Zelenski Melitopolun işğalının müvəqqəti olduğuna və tezliklə Ukrayna bayrağının şəhərin üzərində yenidən dalğalanacağına inandığını bildirib.

Mer etimada görə prezidentə təşəkkür edib və Melitopolun qaytarılması və Ukraynanın yaxınlaşan qələbəsi üçün tapşırıqları yerinə yetirməyə hazır olduğunu bəyan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az