G7 Ukraynaya yardımla bağlı razılığa gəldi

23:57 - 17 Mart 2022

G7 Ukraynaya yardımla bağlı razılığa gəldi

G7 ölkələrinin xarici işlər nazirləri Ukraynaya humanitar yardımı artırmaq barədə razılığa gəliblər və digər ölkələri də buna çağırıblar.

Manşet.az xəbər verir ki, bu barədə Almaniya xarici siyasət idarəsinin G7 ölkələrinin XİN rəhbərlərinin müşavirəsinin yekunlarına dair bəyanatında bildirilir.

Həmçinin qeyd olunur ki, Ukraynadakı hərbi əməliyyatlar onun kənd təsərrüfatı sektorunda tədarükündən asılı olan bir çox ölkələrdə ərzaq təhlükəsizliyinə və qiymətlərə təsir göstərəcək.

Nazirlər ukraynalı qaçqınların getdiyi qonşu ölkələrə beynəlxalq yardımın genişləndirilməsinin vacibliyini təsdiqləyiblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az