ABŞ-da 13 yaşlı oğlan qəza törətdi - 9 ölü

08:35 - 18 Mart 2022

ABŞ-da 13 yaşlı oğlan qəza törətdi - 9 ölü

ABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmənin idarə etdiyi pikapla mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sədr müavini Bryus Landberq açıqlayıb.

Bunlar pikapda olan sürücü və sərnişin, həmçinin digər avtomobil - mikroavtobusda olan qolf üzrə kişi və qadınlardan ibarət universitet komandalarının üzvləri və onların məşqçisi olub.

Onlardan əlavə iki nəfər müxtəlif dərəcələri bədən xəsarətləri də alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az