Avstraliya hökuməti Rusiya prezidenti Vladimir Putinlə əlaqəsi olan və bu ölkədə yaşayan iki rus oliqarxının sanksiya siyahısına daxil edildiyini açıqlayıb.
Manset.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yazılı açıqlama verən Avstraliyanın xarici işlər naziri Marise Peyn, Rusiya ilə Ukrayna arasında gedən müharibədə Rusiya tərəfinə tətbiq etdikləri sanksiyaları genişləndirdiklərini bildirib.
Rusiyalı milyarderlərdən “Gladstone”da alüminium emalı zavodunda pay sahibi olan Oleq Deripaska və “Beetaloo” hövzəsində qaz layihəsində iştirak edən Viktor Vekselberqin yeni sanksiya siyahısına daxil edildiyini açıqlayan Peyn, "Putinə yaxın oliqarxlara təzyiqləri artırmağa davam edirik. Artıq 41 oliqarx və birinci dərəcəli ailə üzvlərinə maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edilib” –deyib.
Yeni sanksiyalar oliqarxlarla yanaşı 11 Rusiya bankı və dövlət qurumuna da şamil edilib.