ABŞ Rusiyaya qarşı sanksiyaları bu şərtlə ləğv edəcək

21:46 - 18 Mart 2022

ABŞ Rusiyaya qarşı sanksiyaları bu şərtlə ləğv edəcək

Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın dayandırılması, eləcə də respublikanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin bərpası halında Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq.

Manşet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.

O, məhdudiyyətlərin aradan qaldırılması şərtləri ilə bağlı sualı cavablandırarkən deyib:

“Sadəcə deyərdim ki, sanksiyalar daimi xarakter daşımır. Rusiyanın hərbi əməliyyatı dayandırıldıqdan, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa edildkdən sonra, ümid edirik ki, istifadə etdiyimiz bir çox alətlərdən istifadəni dayandıracağıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az