Rusiya ordusu paraşütçülərin kazarmalarını bombaladı

09:53 - 19 Mart 2022

Rusiya ordusu paraşütçülərin kazarmalarını bombaladı

Ukraynanın Nikolayevi şəhəri Rusiya ordusu tərəfindən bombalanıb.

 

Manset.az xəbər verir ki, eyni vaxtda Xerson vilayətinin də atəşə məruz qalması Nikolaevdə həyəcan siqnalının işə düşməməsinə səbəb olub.

Nikolayev meri Aleksandr Senkeviç bildirib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə məxsus 79-cu hava desant-hücum briqadasının kazarmalarını atəşə tutub.

"Bizim hava hücumu xəbərdarlığımız yox idi, çünki Xerson rayonundan hücuma məruz qalmışdıq və sadəcə olaraq xəbərdarlıq sistemini işə salmağa vaxtımız yox idi. Bombardman sürətli baş verdi",- deyə rəsmi şəxs bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az