Xarkovdakı sonuncu yaralı azərbaycanlı sürücü təxliyə olundu - FOTO

10:34 - 19 Mart 2022

Xarkovdakı sonuncu yaralı azərbaycanlı sürücü təxliyə olundu - FOTO

Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salındığını bildirib. Sürücü artıq bu gündən vətəndədir.

Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyə olunub.

Bu 2 sürücü ilə yanaşı, digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az