“Rusiya Buçadakı cinayətlərinə görə cavab verməli olacaq” - Makron

00:04 - 04 Aprel 2022

“Rusiya Buçadakı cinayətlərinə görə cavab verməli olacaq” - Makron

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiya hərbçilərindən azad edilmiş Buşa şəhərində mülki insanların öldürülməsini pisləyib.

Manset.az xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında yazıb.

“Kiyev yaxınlığında işğaldan azad edilmiş Buça şəhərindən bizə çatan görüntülər dözülməzdir. Küçələrdə yüzlərlə dinc sakin qorxaqcasına öldürülüb. Ölənlərə rəhmət diləyirəm, ukraynalılarla həmrəyliyimi bildirirəm. Rusiya hakimiyyəti bu cinayətlərə görə cavab verməli olacaq”, - Makron qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az