Almaniyanın Berlin şəhərindən çəkilən görüntülərdə Almaniyada yaşayan ruslar aksiya keçirib.
Manset.az-ın məlumatına görə, Ukrayna müharibəsi ilə Rusiyaya artan nifrətə qarşı toplaşan ruslar təşkil etdikləri aksiyada Sovet himnini səsləndiriblər.
İqtisadi sanksiyalarla yanaşı, Rusiya vətəndaşlarını sosial həyatdan təcrid edən bəzi sanksiyalar Almaniyada yaşayan rusların reaksiyasına səbəb olub.
Almaniyanın paytaxtı Berlində baş verən hadisədə bölgədə yaşayan rusların avtomobillərinin üzərində “Ruslara nifrət etməyin” yazılıb.
Bəzi rusların Sovet himnini açması da diqqətdən yayınmayıb.
Həmin anlar bölgədəki insanların telefon kameralarına əks olunub.