Güclü döyüşlərin getdiyi Kiyev vilayətinin Buça şəhərində 3700 sakin qalıb.
Manşet.az xəbər verir ki, bunu Buça şəhərinin meri Anatoli Fedoruk Teleqram kanalında deyib.
Fedoruk qeyd edib ki, aprelin 7-dən sonra həkimlər və kommunal xidmət işçiləri şəhərə qayıda biləcəklər.
“Bir həftədən sonra yəqin ki, normal həyata qayıtmaq imkanı yaranacaq. Dördüncü gündür ki, şəhər minalardan təmizlənir", - Buça şəhərinin meri deyib.
O, həmçinin əlavə edib ki, demək olar ki, bütün əsas elektrik ötürücü şəbəkələri məhv edilib.
“Ümid edirəm ki, bir həftədən sonra biz yavaş-yavaş normal həyata qayıda biləcəyik. Artıq mövcud olan şəraitdə. Biz su və qaz təchizatının bərpası üzərində işləyirik”, - deyə mer bildirib.