Rusiyada avtomobillərin satışı kəskin azaldı

21:32 - 05 Aprel 2022

Rusiyada avtomobillərin satışı kəskin azaldı

2022-ci ilin martında Rusiyanın minik avtomobili bazarında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb.

Manşet.az-ın məlumatına görə, bu barədə "Avtostat" analitika agentliyinin hesabatında deyilir.

Ötən ay Rusiyada satılan minik avtomobillərinin sayı 79 minə yaxın olub. Qeyd olunur ki, bu ilin yanvar və fevral aylarında avtomobil bazarında satış 12 faizə bərabər idi.
Ümumilikdə, birinci rüb ərzində Rusiyada 264 min yeni minik avtomobili satılıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 25 faiz azdır.

Eyni zamanda, rublun dəyərinin azalması avtomobillərin orta hesabla 35-45 faiz bahalaşmasına səbəb olub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az