"Real Madrid"in sabiq futbolçusu öldü - VİDEO

11:24 - 14 Aprel 2022

\"Real Madrid\"in sabiq futbolçusu öldü - VİDEO

Vaxtilə "Real Madrid" futbol klubunda forma geyinmiş kolumbiyalı futbolçu Fredi Rinkon xəstəxanada ölüb.

 

Manset.az "Haber Global"a istinadla xəbər verir ki, 55 yaşlı keçmiş futbolçu aprelin 11-də dəhşətli yol qəzası keçirmişdi. Onun başından çoxsaylı zərbələr aldığı və vəziyyətinin ağır olduğu bildirilirdi.  

"Rinkona bütün gücümüz və sevgimizlə cəsarətimizi göndəririk", - deyə "Kral klubu" qəza günü mesaj yayımlamışdı.

Qeyd edək ki, Rinkonun idarə etdiyi avtomobil avtobusla toqquşmuşdu. Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 4 nəfər xəsarət almışdı. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az