Dünyada koronavirusa yoluxanların sayı - SON DURUM

17:12 - 14 Aprel 2022

Dünyada koronavirusa yoluxanların sayı - SON DURUM

“Omicron”un yüksək yoluxucu alt variantı “BA.2”nin Avropa və Asiyanın bir çox ölkəsində artması ilə dünyada koronavirusa yoluxanların sayı 500 milyonu keçib.

 

Manset.az “Reuters”ə istinadən xəbər verir ki, “BA.2”nin artmasının əsas səbəbi Çində son artımlar, eləcə də Avropada yayılmış infeksiyalarla əlaqələndirilir.

COVID-19-un bu variantını digərləri ilə müqayisədə təsbit etmək çətin olduğundan bu, “gizli variant” adlandırılır.

Qeyd edək ki, Cənubi Koreya gün ərzində 182 mindən çox yeni yoluxma faktına görə qlobal miqyasda dünyada liderlik edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az