Makron soyqırımı məsələsi ilə bağlı Zelenskiyə izahat verdi

17:21 - 14 Aprel 2022

Makron soyqırımı məsələsi ilə bağlı Zelenskiyə izahat verdi

Bu gün Fransa və Ukrayna Prezidentləri Emmanuel Makronla Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

 

Manset.az "TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Makron açıqlayıb.

O bildirib ki, söhbət zamanı Ukraynada baş verənləri niyə “soyqırımı” adlandırmadığını Zelenskiyə izah edib.

Fransa Prezidentinin sözlərinə görə, “soyqırımı” terminini siyasətçilər deyil, hüquqşünaslar qiymətləndirə bilər.

Makron qeyd edib ki, bu gün axşam Zelenski ilə yenidən danışacaq.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına açıqlamasında amerikalı həmkarı Co Baydendən fərqli olaraq ukraynalılarla bağlı soyqırımı ifadəsini işlətməkdən imtina edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az