Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Manset.az xəbər verir ki, toplantıda Premyer Liqamızın 22-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.
Komitə “Sabah” klubuna xəbərdarlıq edib. Buna paytaxt təmsilçisinin evdə “Zirə” ilə görüşündə hakimlər otağının internetlə təmin edilməməsi səbəb olub.
Həmçinin klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” 800 manat cərimələnib.
Qeyd edək ki, “Sabah” – “Zirə” matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.