Hər gün 40-50 minə yaxın sakin Ukraynanın paytaxtı Kiyev şəhərinə geri qayıdır.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbərinin birinci müavini Nikolay Povoroznik açıqlayıb.
Onun sözlərinə görə, şəhərin girişində növbələr yaranıb:
“Kiyev sakinlərinin kütləvi şəkildə geri qayıtması səbəbindən şəhərdə nəqliyyatla bağlı problemlər yaranır. Paytaxtda müdafiə məqsədilə istehkamlar və blokpostlar qurulduğundan bu da şəhərdə hərəkəti çətinləşdirir. Şəhərdə qida məhsulları və ilkin zəruri məhsullarla bağlı da problem yoxdur”.