Ukrayna MN Rusiyanın nüvə silahından istifadə etməsi ilə proqnozunu açıqladı

20:20 - 15 Aprel 2022

Ukrayna MN Rusiyanın nüvə silahından istifadə etməsi ilə proqnozunu açıqladı

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə edə biləcəyini proqnozlaşdırmır.

Manşet.az APA-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksanr Motuzyanik keçirdiyi brifinqdə deyib:

“Nüvə silahları Rusiyanın sonuncu üstünlüyüdür. Hələlik biz Rusiyanın bu silahlardan istifadə edə biləcəyinə dair heç bir əlamət görmürük. Kəşfiyyatımızda belə bir məlumat yoxdur”.

Aleksanr Motuzyanik əlavə edib ki, Ukraynanın məlumat mübadiləsi etdiyi xarici tərəfdaşları və xarici kəşfiyyat təşkilatları da bu məlumatı hələki təsdiqləməyib.

Bununla belə, o, vurğulayıb ki, Ukrayna bu cür neqativ presedentlər də daxil olmaqla vəziyyətin istənilən inkişafına hazır olmalıdır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az