Rusiya Aİ-nin 18 diplomatını “arzuolunmaz şəxs” elan ETDİ

20:47 - 15 Aprel 2022

Rusiya Aİ-nin 18 diplomatını “arzuolunmaz şəxs” elan ETDİ

Rusiya Aİ-nin ölkədəki nümayəndəliyində çalışan 18 diplomatı qarşılıqlı münasibətə görə “persona non-qrata” (arzuolunmaz şəxs) elan edib.

Manşet.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bu əsassız qərardan təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə, sözügedən Aİ diplomatları öz funksiyalarını Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası çərçivəsində tam və hörmətlə həyata keçirirlər.

Avropa İttifaqı Rusiyanı Ukraynaya qarşı təcavüzünü dayandırmağa, beynəlxalq qaydalara hörmət etməyə və beynəlxalq münasibətlərdə əməkdaşlıq yanaşmasına qayıtmağa qətiyyətlə çağırmaqda davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az