Kim Çen Indən ƏMR: Şimali Koreya bu əraziyə 2 uzaqmənzilli raket atdı

09:01 - 17 Aprel 2022

Kim Çen Indən ƏMR: Şimali Koreya bu əraziyə 2 uzaqmənzilli raket atdı

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizinə iki raket atıb.

 

Manset.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Raketlər 25 km maksimum yüksəklikdə, 110 km məsafədə uçub və Yapon dənizinə düşüb.

Bu arada Şimali Koreya lideri Kim Çen In ölkənin taktiki nüvə silahlarının effektivliyini artırmalı olan yeni taktiki idarəolunan silah sisteminin sınaqlarını yoxlayib.

Qeyd olunub ki, yeni raket uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünün sürətlə təkmilləşdirilməsi, KXDR-in taktiki nüvə silahından istifadəsinin effektivliyinin artırılması və atəş gücünün vəzifələrinin şaxələndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az