ABŞ administrasiyası Ukraynanın artilleriya döyüş sursatlarının tükənəcəyindən narahatdır və buna görə də ölkəyə silah-sursat tədarükünün artırılması zərurətini müzakirə edir.
Bu barədə Manset.az-a “CNN”ə istinadən xəbər verir.
Qeyd olunub ki, yaxın gələcəkdə Ukrayna ərazisində Rusiya ordusunun bölmələrinə qarşı şiddətli yerüstü döyüşlər baş verəcək, ona görə də Ukrayna hərbçilərinə sursatların tez çatdırılmasına ehtiyac var.