Rusiya Ukraynada döyüşən muzdluların sayını açıqladı

13:30 - 17 Aprel 2022

Rusiya Ukraynada döyüşən muzdluların sayını açıqladı

Kiyev müxtəlif ölkələrdən 7 minə yaxın muzdlu döyüşçü cəlb edib.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.

“Ukraynada “xüsusi hərbi əməliyyat” başlayandan bəri Kiyevin millətçi rejimi Ukraynaya 63 ölkədən 6824 muzdlu döyüşçü cəlb edib. Ən çox döyüşçü Polşadan gəlib – 1717 nəfər. Təxminən 1500 nəfər ABŞ, Kanada və Rumıniyadan gəlib. Britaniya və Gürcüstandan hərəsindən 300 nəfər. Suriyanın Türkiyənin nəzarətində olan rayonlarından 193 nəfər gəlib”, - Konaşenkov bildirib.

Onun sözlərinə görə, muzdlu döyüşçülər Kiyev, Xarkov, Odessa, Nikolayev və Mariupolda yerləşdiriliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az