Bu şəhərə Ukrayna adı verildi

15:58 - 17 Aprel 2022

Bu şəhərə Ukrayna adı verildi

İspaniyanın cənubundakı Sevilya əyalətində yerləşən Fuentes de Andalucia şəhəri Ukraynaya həmrəylik nümayiş etdirərək adını dəyişib.

Manset.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Şəhər bundan sonra Ukrayna adlanacaq.

Bundan başqa şəhərdəki küçələrə Kiyev, Odessa, Mariupol və Xerson adları da verilib. Şəhərin girişində də Ukrayna bayrağı asılıb.

Üstəlik, şəhər sakinləri müharibədən zərər çəkən 25 ukraynalıya da sığınacaq verməyə hazırdır.

Artıq Vikipediya səhifəsində şəhərin adı Ukrayna kimi qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az