“Ukraynaya sülh sənədini vermişik, cavab gözləyirik” - Peskov

18:26 - 20 Aprel 2022

“Ukraynaya sülh sənədini vermişik, cavab gözləyirik” - Peskov

“Moskva Kiyevə sülh üzrə sənəd layihəsini aydın ifadələrlə təhvil verib”.

Manşet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Danışıqlar prosesi çərçivəsində Ukrayna tərəfinə aydın mətnlə sənəd layihəsi təhvil verilib. Top Kiyevin tərəfindədir, Moskva reaksiya gözləyir", - Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna avab verməyə tələsmir:

"Onların fəaliyyəti ən yaxşı işi görməkdən uzaqdır, onlar prosesi intensivləşdirməyə çalışmırlar".

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az