BMT baş katibi Rusiya və Ukrayna prezidentləri ilə görüşmək İSTƏYİR

21:09 - 20 Aprel 2022

BMT baş katibi Rusiya və Ukrayna prezidentləri ilə görüşmək İSTƏYİR

BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskidən onu müvafiq olaraq Moskva və Kiyevdə qəbul etməyi istəyib.

Manşet.az xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib.

Aprelin 19-da müvafiq məktublar Rusiya və Ukraynanın daimi nümayəndələrinə təqdim edilib.

Düjarrik qeyd edib ki, Quterreş iki prezidentlə Ukraynada sülhün bərqərar olması üçün təcili tədbirləri, eləcə də çoxtərəfli münasibətlərin gələcəyini müzakirə etmək istəyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az