Türkiyə Azərbaycandakı komandolara təlim keçib

21:58 - 20 Aprel 2022

Türkiyə Azərbaycandakı komandolara təlim keçib

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib.

Manşet.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlığının koordinasiyası ilə davam edən “Komandonun əsasları kursları” ilə “Dözümlülük təlimləri” çərçivəsində Azərbaycanın beş briqadasında “Uzun məsafəli müqavimət yürüşü” icra edilib.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az