Estoniyada Ukrayna meydanı yaratmaq qərarına gəlinib

23:14 - 20 Aprel 2022

Estoniyada Ukrayna meydanı yaratmaq qərarına gəlinib

Tallin meriyası Estoniyanın paytaxtında Ukrayna meydanı yaratmaq qərarına gəlib. Bu barədə şəhərin vitse-meri Cozep Vimm bildirib.

Manşet.az xəbəbr verir ki, onun sözlərinə görə, toponimlər üzrə şəhər komissiyası meydanın yerləşməsi ilə bağlı üç variantı nəzərdən keçirməyi təklif edib. Tallinin mərkəzində Xarici İşlər Nazirliyinin binasının arxasında yerləşən Lembitu Parkı ən məqsədəuyğun variant hesab olunub. Bu yerlə üzbəüz isə İslandiya meydanının yerləşdiyi qeyd edilir.

Vimm hesab edir ki, belə bir qərar “Ukraynanın bütün Avropanın müdafiəsinə verdiyi töhfəni layiqincə xatırlamağa” imkan verəcək.

Vitse-mer onu da bildirib ki, meydanın yaradılması ilə bağlı qərar qəbul edildikdən sonra bir neçə idarədən razılıq alınması və meydanın adı ilə bağlı ictimai müzakirələrin aparılması lazım gələcək. O qeyd edib ki, bu, müəyyən vaxt apara bilər.

Mənbə: Lenta.ru


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az