Rusiyanın Orenburq vilayətində, Qay şəhərində yerləşən kömür şaxtasında güclü partlayış olub.
Manset.az xəbər verir ki, Fövqəladə hallar xidmətindən verilən məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb. Partlayış vaxtı şaxtada 91 nəfər olub. Onlardan 88-i şaxtanı özü tərk edib.
Qeyd olunur ki, şaxtada, 1,2 km dərinlikdə partlayış planlaşdırılıbmış, amma partlayıcı qurğu hesablanan vaxtdan əvvəl işə düşüb.
Rayon prokuroru və köməkçiləri hadisə yerinə gediblər. Araşdırma aparılır.