Lukaşenko Qərblə separat danışıqlar aparır - Arestoviç

15:03 - 24 Aprel 2022

Lukaşenko Qərblə separat danışıqlar aparır - Arestoviç

Belarusdan raketlər və təyyarələr uçurdu və bu, Ukraynaya qarşı hərbi təcavüz idi.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Bizdə olan məlumata görə, Lukaşenko Qərblə aktiv şəkildə separat danışıqlar aparır. Bu barədə bizə həm Belarus müxalifəti, həm də Qərb kəşfiyyatı məlumat verir. Təfərrüatı açıqlamasalar da, ümumi belə deyir: “Mənim günahım yoxdur, o özü mənim yanıma gəldi”. Amma Belarus ərazisi, hərbi infrastrukturu, aerodromları, sursat anbarları, dəmir yolu şəbəkəsi tamamilə bizə qarşı istifadə olundu. Raketlər, aviasiya ordan uçurdu, ordu ordan hücuma keçdi. Bu da hərbi təcavüzdür. Ancaq biz bu məsələni konkret olaraq qaldırmadıq, çünki biz Belarusun özünü başa düşürük və Belarus xalqı ilə Belarus hakimiyyətini çox aydın şəkildə ayırırıq”, - Arestoviç bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az