Britaniya Ukraynaya bu silahları göndərir

15:43 - 24 Aprel 2022

Britaniya Ukraynaya bu silahları göndərir

Böyük Britaniya Ukraynaya 20 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu və 155 mm-lik onminlərlə sursat göndərir.

Manset.az xəbər verir ki, bu barədə “Express” nəşəri məlumat yayıb.

“Ötən gecə mənbələr təsdiq etdilər ki, bu həftə Böyük Britaniya AS-90 özüyeriyən haubitsaları ilə birlikdə 45 min mərmini Polşaya çatdıracaq”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Ukrayna hərbçiləri ilk öncə Polşada bu texnikanın istifadə qaydaları ilə bağlı təlimat alacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az