Yaponiyada ekskursiya çıxan gəmi batdı - Ölənlər var

17:54 - 24 Aprel 2022

Yaponiyada ekskursiya çıxan gəmi batdı - Ölənlər var

Yaponyanın şimalında, Hokkaydoda ekskursiya gəmisi batıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 16-nın isə axtarışları davam etdirilir.

Məlumata görə, dünən əlaqə kəsilən “Kazu I” ekskursiya kateri vəhşi təbiəti müşahidə etmək üçün 3 saatlıq tur çərçivəsində limandan ayrılıb.

Gəmi 27 kilometr şimal-şərqdə yerləşən Kaşuni şəlalələri bölgəsində “təcili vəziyyət” siqnalı verib.

Axtarışların davam etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az