Bu ölkə Rusiya konsulluqlarının bank hesablarını bağladı

19:00 - 24 Aprel 2022

Bu ölkə Rusiya konsulluqlarının bank hesablarını bağladı

Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın ABŞ-dakı konsulluqlarının “Bank of America”dakı özəl hesabları bağlanıb.

 

Manset.az "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya 1” telekanalına verdiyi açıqlamada məlumat verib.

“Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadadır, Hyuston və Nyu Yorkdakı iki baş konsulluğumuzun hesabları “Bank of America” tərəfindən bağlanıb”, - deyə diplomat deyib.

Onun sözlərinə görə, hələ də ABŞ-da olan Rusiya Federasiyasının nümayəndələri telefonla və ya yazılı qaydada təhdidlər alırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az