"Ukrayna böhranı ilə bağlı sənəd hazırlanır!" - Çavuşoğlu

19:08 - 24 Aprel 2022

\"Ukrayna böhranı ilə bağlı sənəd hazırlanır!\" - Çavuşoğlu

Ukrayna və Rusiya tərəfləri birgə bəyannamə üzərində işləyirlər. Sənəd Ukraynadakı vəziyyəti həll etmək üçün hazırlanır.

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Birgə bəyannamədə əsas diqqət tərəfsizlik, təhlükəsizlik və təminatdır",- o bildirib.

O, sənədin hazırlanması ilə paralel olaraq pərdəarxası diplomatiyanın da işlədiyini diqqətə çatdırıb. Diplomat qeyd edib ki, son qərar Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putinin ixtiyarındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az