Avstriyanın xarici işlər naziri Şallenberq Ukraynanın Aİ-yə qəbul edilməməli olduğunu deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şallenberq Avropa media sammitindəki çıxışında Ukraynanı dəstəkləməyin başqa yollarının da olduğunu bildirib və “Ukrayna Avropa İttifaqına qəbul edilməməlidir” deyib.
“Biz Ukraynanı dəstəkləməliyik, əlaqələrimizi inkişaf etdirməliyik, lakin bu, bizdən onları Aİ üzvü və hətta namizəd statusuna çevirməyi tələb etmir. Biz Ukraynanı Avropanın iqtisadi məkanına daxil edə bilərik. Münasibətlərimizi belə yaxşılaşdıra bilərik. Balkan ölkələri var ki, Aİ-yə namizəd statusundadırlar və mühüm irəliləyişlər əldə ediblər, onlar bizim prioritetimiz olmalıdır”.
Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko Şallenberqin açıqlaması ilə bağlı fikir bildirib: "Strateji baxımdan dar düşüncəli bəyanatdır. Hesab edirik ki, bəyanat vahid Avropanın maraqları ilə bir araya sığmır".