Ukrayna və Yaponiya arasında faşizm gərginliyi

10:45 - 25 Aprel 2022

Ukrayna və Yaponiya arasında faşizm gərginliyi

Ukraynanın rəsmi Tviter hesabında paylaşılan video Yaponiya ilə Ukrayna arasında gərginlik yaradıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın rəsmi Tviter hesabında Adolf Hitler və Benito Mussolini, o cümlədən Yaponiya İmperatoru Hirohitonun da əks olunduğu "faşizmin məğlubiyyəti"ni təsvir edən video yayımlanıb. 

Faşist liderlərin süqutunu əks etdirən videoda Yaponiya imperatoru Hirohitonun olması Yaponiyanı qəzəbləndirib.

Videonun iki ölkə arasında böhrana səbəb olmasından sonra səhv tvit atdığını izah edən Ukrayna Hirohito olmadan yeni bir video paylaşaraq " Bizim Yaponiya vətəndaşlarını incitmək niyyətimiz yox idi. Etdiyimiz səhvə görə Yaponiyadan üzr istəyirik" deyə əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az