ABŞ-ın aparıcı media qurumlarından biri olan “Wall Street Journal” yazıb ki, Vaşinqton administrasiyası Rusiya prezidenti Putinin sevgilisi olduğu iddia edilən 39 yaşlı Alina Kabayevanın sanksiyasını gündəmə gətirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ mediasının irəli sürdüyü iddia gündəm yaradıb.
Vaşinqton rəhbərliyinin Rusiya prezidenti Vladimir Putinin “gizli sevgilisi” 39 yaşlı Alina Kabayevanın sanksiyasını gündəmə gətirdiyi, bununla da, iki ölkə arasında gərginliyin çox qısa müddətdə daha da artacağı iddia edilib.
Qəzetə danışan rəsmilər Kabayevanın Putinin sərvət və aktivlərini xaricdə saxladığını və belə bir sanksiya qərarının Putinə “şəxsi” hücum olacağını bildiriblər.
Həmçinin, Rusiya ilə ABŞ arasında gərginliyin artmasından narahat olaraq bu sanksiyanı gözlədiklərini bəyan ediblər.