“Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir” - Bayden

21:54 - 25 Aprel 2022

“Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir” - Bayden

ABŞ Prezidenti Co Bayden Fransada keçirilən prezident seçkilərində ikinci dəfə qalib gələn Fransa Prezidenti Emmanuel Makrona dünən zəng vuraraq, təbrik etmək istədiyini, lakin danışa bilmədiyini və bu gün telefon zəngi edəcəyini deyib.

Manşet.az xəbər verir ki, bu haqda Bayden həftəsonunu keçirdiyi Delaverdən Vaşinqtona gələrkən hava limanında jurnalistlərə danışıb.

"Dünən axşam Makronla danışmağa çalışdım. Onun işçiləri ilə danışdım, onlar Makronun Eyfel qülləsində əyləndiyini söylədilər. Bu gün onunla danışacağam”, - Bayden bildirib.

O, Fransada keçirilən seçkilərin nəticəsindən məmnun qaldığını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az