İspaniyada Ukrayna-Rusiya müharibəsi başlayandan rus oliqarxlara qarşı tətbiq edilən sanksiyalar çərçivəsində 3 yaxta, 23 mülk və 12 bank hesabına müvəqqəti həbs qoyulduğu açıqlanıb.
Manşet.az xəbər verir ki, İspaniya hökumətində baş nazirliyin direktoru Oskar Lopez parlamentə təqdim etdiyi Milli Təhlükəsizlik Strategiyasında rus oliqarxlara tətbiq edilən sanksiyalarla bağlı məlumatı açıqlayıb.
Lopez Ukrayna-Rusiya müharibəsi başlayandan bu günə kimi sanksiyaya məruz qalacaq Rusiya oliqarxları siyahısında olan 5 nəfərin bankdakı 12 investisiya və şəxsi hesabı, 3 lüks yaxtası və 23 mülkünün müvəqqəti müsadirə edildiyi barədə məlumat paylaşıb.