Dnestryanıdan qaçış başladı: əhali bu ölkəyə üz tutur

14:27 - 26 Aprel 2022

Dnestryanıdan qaçış başladı: əhali bu ölkəyə üz tutur

Dünəndən bəri baş verən partlayışlardan sonra Dnestryanı əhalisi Moldova hökumətinin nəzarət etdiyi ərazilərə axın etməyə başlayıb.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, hazırda Moldova istiqamətində yollarda avtomobil tıxacları yaranıb.

Lakin qondarma Dnestryanı hökuməti məlumatı təkzib edərək bildirib ki, tıxaclar Pasxa bayramından qayıdan insanların çox olması səbəbindən yaranıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az