Moskva Arbitraj Məhkəməsi Rusiyanın aparıcı televiziya şirkətlərindən biri olan "Qazprom Media"nın "YouTube"a qarşı qaldırdığı iddia ilə bağlı qərar qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “YouTube” “Qazprom Media”ya məxsus kanalların yayımını dayandırdığı üçün məhkəmə Google-a məxsus 500 milyon rubl (təxminən 7 milyon dollar) dəyərində aktivlərin müsadirə edilməsinə qərar verib.