Türkiyə silahlı qüvvələri tərəfindən “Pəncə-Kilit” şərti adı altında aparılan növbəti antiterror əməliyyatı zaman iki türk əsgəri şəhid olub.
Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, əsgərlərdən biri bölgədə terrorçular tərəfindən atılan raket hücumu nəticəsində həlak olub. Hücum zamanı daha dörd əsgər yaralanıb.
Daha əvvəl yaralanaraq xəstəxanaya yerləşdirilən əsgərlərdən birini də xilas etmək mümkün olmayıb.
Nazirlik şəhidlərlə bağlı Türkiyə xalqına başsağlığı verib.