Rusiya London və Kiyevə xəbərdarlıq ETDİ

18:53 - 26 Aprel 2022

Rusiya London və Kiyevə xəbərdarlıq ETDİ

“Londonun Kiyev rejiminin Rusiyaya qarşı Qərb silahlarından istifadə etmək təxribatı, onu tətbiq etmək cəhdi olarsa, mütənasib reaksiyaya səbəb olacaq”.

Manşet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Xəbərdarlıq etdiyimiz kimi, Kiyevdəki müvafiq qərar qəbuletmə mərkəzlərinə yüksək dəqiqlikli silahlarla cavab zərbələri endirmək üçün gecə-gündüz hazır vəziyyətdədir”, - nazirlik bildirib.

Qeyd edək ki, Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi BBC-yə müsahibəsində Londonun Kiyevə Qərb silahlarından istifadə etməklə Rusiyadakı hərbi hədəflərə zərbə endirməyə icazə verdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az