BMT-nin baş katibi Antonio Quterreşin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Manşet.az xəbər verir ki, bu barədə Baş katibin mətbuat katibinin müavini Fərhan Hak brifinqdə deyib.
"BMT-nin Baş katibi bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Düşünürəm ki, Putinlə görüş başa çatmaq üzrədir", - Hak deyib.