ABŞ-ın vitse-prezidenti koronavirusa yoluxdu

22:30 - 26 Aprel 2022

ABŞ-ın vitse-prezidenti koronavirusa yoluxdu

ABŞ-ın vitse-prezidenti Kamala Harris koronavirusa yoluxub.

Manşet.az xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Kirsten Allen məlumat yayıb.
Qeyd olunur ki, Kamala Harrisdə xəstəliyin heç bir simptomu görünməyib. Onun son vaxtlar Prezident Co Baydenlə və birinci xanımla yaxın təması olmayıb.

Harris özünü təcrid edəcək və vitse-prezidentin rezidensiyasından işini davam etdirəcək. Vitse-prezident Ağ Evə testin nəticəsi mənfi çıxanda qayıdacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az