“Sizi aldadıblar, cənab Baş katib” - Putin

22:51 - 26 Aprel 2022

“Sizi aldadıblar, cənab Baş katib” - Putin

“Fəaliyyətsiz humanitar dəhlizlər barədə sizi aldadıblar. Dəhlizlər işləyir”.

Manşet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə bildirib. 

"Deyirsiniz ki, Rusiyanın humanitar dəhlizləri işləmir. Cənab Baş katib, sizi aldadıblar. Bu humanitar dəhlizlər fəaliyyət göstərir. 100 mindən çox insan bizim yardımımızla Mariupoldan getdi, 130 və ya 140 min insan getdi və onlar hara istəsələr, gedə bilərlər.

Kimsə Rusiyaya, kimsə Ukraynada harasa getmək istəsə, biz onları saxlamırıq, hər cür yardım və dəstəyi veririk. Eyni şeyi mülki şəxslər də edə bilər, əgər “Azovstal” ərazisindədirlərsə - onlar çıxa bilər. Bu qədər. Bu insanlara sivil münasibətin nümunəsi göz qabağındadır. Siz həmin insanlarla danışa bilərsiniz””, - Putin söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az