Putin Buçada baş verənləri təxribat ADLANDIRDI

23:23 - 26 Aprel 2022

Putin Buçada baş verənləri təxribat ADLANDIRDI

“Ukraynanın Buça şəhərində baş verənlərin Rusiya ordusuna heç bir aidiyyatı yoxdur. Lakin Moskva bu təxribatı kimin törətdiyini bilir”.

Manşet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Moskvada səfərdə olan Baş katibi Antonio Quterreşlə görüşdə deyib.
Putin bildirib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyişə nail olunub. Lakin danışıqları davam etdirmək üçün açıq niyyət olduğu anda Moskva belə bir təxribatla üzləşib. Bundan sonra vəziyyət köklü şəkildə dəyişib.

Putin qeyd edib ki, hadisələrin Rusiya ordusuna heç bir aidiyyatı olmasa da, Moskva bu təxribatı kimin və hansı vasitələrlə törətdiyini bilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az