Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti dəfə əməliyyat keçirib. Türkiyə ordusu daha 10 terrorçunu məhv edib.
Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PKK/YPG silahlıları "Barış Pinarı", “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyat zonalarında zərərsizləşdirilib. Nazirlik terrorçuların Türkiyə Ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu açıqlayıb.