“Danışıqlardan imtina etmirik” - Putin

07:44 - 27 Aprel 2022

“Danışıqlardan imtina etmirik” - Putin

“Türkiyədə keçirilən danışıqlarda Ukrayna ilə bağlı ciddi irəliləyiş əldə olunub”.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə deyib.

"İstanbulda danışıqlarda biz kifayət qədər ciddi irəliləyiş əldə edə bildik. Çünki ukraynalı həmkarlarımız təhlükəsizlik tələblərini Ukrayna sərhədlərinin beynəlxalq səviyyədə tanınması anlayışı ilə əlaqələndirməyə çalışmadılar. Sizə bildirmək istəyirəm ki, hərbi əməliyyatların olmasına baxmayaraq, biz hələ də ümid edirik ki, biz dəqiq diplomatik yolda razılıq əldə edə biləcəyik. Danışıqlar aparırıq. Biz onlardan imtina etmirik", - Putin əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az